Rumıniya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Rumıniya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Cənab Prezident.

 

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

 

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

 

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

 

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

 

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz".


OXŞAR XƏBƏRLƏR

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən İMTİNA ETDİ

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, bu ba...

DİN: "Ötən gün axtarışda olan 12 nəfər tapıldı"

İyunun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.   Sfera...

Narendra Modi Yaponiyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida İtaliyada keçirilən G7 sammiti çərçivəsində hindistanlı həmkarı Narendra Modi ilə danışıqlar aparıb.   Sfera.az x...

Lukaşenko Si Cinpinlə görüşmək niyyətindədir

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etməyi planlaşdırır.   Sfera.az x...

"Milli Qurtuluş Günündən başlanan Xilaskarlıq missiyası bu gün tarixi Zəfər zirvəsinə yüksəlib" - Ülvi Quliyev

"Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir".    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev 15 İyun - Mi...

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına BAŞLADILAR

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusu...