Paşinyanın Ermənistan kilsəsi ilə ÇƏTİN SINAĞI: “Bu addımı Azərbaycanla sülhə təsir edəcək”

Paşinyanın Ermənistan kilsəsi ilə ÇƏTİN SINAĞI: “Bu addımı Azərbaycanla sülhə təsir edəcək”

“Ermənistanda kilsə-hakimiyyət qarşıdurması yeni mərhələyə keçib”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, kilsənin önə çıxması və etirazlar təşkil etməsi hakimiyyət tərəfindən ona “agent” damğası vurulması ilə nəticələnib:

 

“Paşinyan kilsəni “Rusiyanın agenti” olaraq xarakterizə edərək, əslində bu sözü bütün ermənilərin katalikosu II Qareginə ünvanladı. Bu ayın sonundan başlayaraq hakimiyyətin kilsəyə qarşı hücumları aktivləşəcək. Kilsənin siyasi proseslərə təsiri kifayət qədər azalacaq. Növbəti Konstitusiya referendumunda kilsə ilə bağlı bəndlərin çıxarılması həyata keçiriləcək. Artıq Paşinyan Rusiyanın Ermənistanda hərbidə, siyasi müstəvidə mövqeyini zəiflədib. Növbəti hədəf Erməni Apostol kilsəsidir”.

 

Ekspert bildirib ki, Baş nazirin kilsəni və keşişləri “agent” elan etməsi sıradan hadisə deyil:

 

“Bu, erməni kilsənin siyasi iflası və uzun illər xarici ölkəyə işləyən agentura şəbəkəsi olduğunun nümayişidir. Ermənistanda kilsənin zəifləməsi Azərbaycanla razılaşmalara və sülh müqaviləsinə müsbət təsir edəcək. Paşinyan isə bununla xalqa göstərir ki, baş verən etirazlar və Azərbaycanla sülhə mane olmaq xarici sifarişdir. Bu sifarişi isə kilsə həyata keçirir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR