\"Erkən nikahlardan doğulan uşaqların sayı bizi narahat etməlidir\" - Zahid Oruc

\

“DİN-in Baş İdarəsi tərəfindən 293 erkən nikaha cəhdin qarşısının alınması faktını bir daha qabartmaqla yanaşı, bildirmək istəyirəm ki, valideynlərin təkidi və orta əsrin arxaik ənənələrinin əsasında qurulan erkən nikahlardan doğulan uşaqların sayı hamımızı narahat etməlidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.


“Dövlət Statistika Komitəsinin məlumatını bir daha xatırlatmaq yerinə düşər: 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşağı olub. Ona görə də nikah yaşı ilə bağlı mövcud qanunumuzda əksini tapan norma faktiki uşaq istismarı kimi ən ağır cinayətlərə yol açır. Özü uşaq ikən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər”, - millət vəkili bildirib.

 

Zahid Oruc təklif edib ki, məlum norma qanunvericilikdən çıxarılsın.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR