Azərbaycanda erkən nişanlanma da QADAĞAN EDİLİR? 

Azərbaycanda erkən nişanlanma da QADAĞAN EDİLİR? 

“Erkən nişanlanma da qanunvericilikdə öz yerini tapmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar İskəndərov deyib.

 

“Cəmiyyətdə erkən nikahlardan əlavə, erkən nişanlanmalarla da qarşılaşırıq. Bu məsələyə də ciddi nəzarət olunmalıdır. Erkən yaşda nişanlanma qanunvericiliyə daxil edilsin”,- millət vəkili bildirib.

 

Deputatın fikirlərinə cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu məsələnin qanunvericilikdə yer alması gözlənilmir:

 

“2023-cü ilin sonu 2024-cü ilin əvvəlində bu məsələni ciddi şəkildə müzakirə etmişik. Bununla bağlı da xeyli təkliflər var. Erkən yaşda nişanlanma ailə arasında sövdələşmə kimi anlaşılır. Bu məsələ anlayış kimi qanunvericiliyə gətirilə bilməz”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR