\"Evlənmə yaş həddi artır, bu, ciddi problemdir\" - Deputat səbəbləri SADALADI

\

“Bu gün insanların evlənmə yaş həddi artır, 30-35 yaşda evlənirlər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

 

Komitə sədri bildirib ki, evlənənlərin sayının az olması işsizlik və sosial problemlərlə əlaqəlidir:

 

“Ümumilikdə, Mediasiya Şurasına 43 min 600 müraciət daxil olub. Müraciət etməyənləri də nəzərə alsaq, bu rəqəmi 3-ə vuranda 150 min nəfər edir. Onların sadəcə 2 min 472-də barışıq əldə olunub”.

 

F.Mustafa eyni zamanda ötən il ölkədə abortların sayının artmasının ciddi təhlükə olduğuna diqqət çəkib:

 

“Digər tərəfdən, selektiv abort da 27 faiz artıb. İntiharların sayı 642 nəfər olub. Bunlar ciddi rəqəmlərdir”.  

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR