Putin Belarusda SƏFƏRDƏDİR: bu məsələlər müzakirə olunacaq - FOTO

Putin Belarusda SƏFƏRDƏDİR: bu məsələlər müzakirə olunacaq - FOTO

Rusiya prezidenti Vladimir Putin Belarusda səfərdədir.

 

Sfera.az bildirir ki, o, Belarus lideri Aleksandr Lukaşenko ilə bir sıra məsələləri müzakirə etmək üçün gecə saatlarında Minskə uçub. Lukaşenko rusiyalı həmkarını şəhər hava limanında şəxsən qarşılayıb.

 

Dövlət başçıları arasında görüş anından fotolar dərc edilib. Putin və Lukaşenko ümumilikdə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.

 

“Gündəlikdə həmçinin Ukrayna münaqişəsinin müzakirəsi də var. Bundan əlavə, liderlər Baltikyanı ölkələr və Polşanın Rusiya Federasiyasının qərb sərhədində şübhəli davranışları barədə danışmaq niyyətindədirlər”, - bildirilib.

 

Məlumata görə, Vladimir Putin Belarusda iki gün qalacaq. Respublikaya Rusiya Müdafiə Nazirliyinin yeni rəhbəri Andrey Belousov da səfər edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR