Qənirə Paşayevanın yerinə O TƏYİN EDİLDİ - FOTO

Qənirə Paşayevanın yerinə O TƏYİN EDİLDİ - FOTO

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.

 

Sfera.az xəbər verir ki, Milli Məclisin 24 may 2024-cü il tarixli plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, deputat Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif olunub. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə vəfat edib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR