Tacikistan Prezidenti: \"Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razıyıq\"

Tacikistan Prezidenti: \

Tacikistan Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.

 

Tacikistan lideri Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən razı olduğunu bildirib:

 

“Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk".

 

E.Rəhmon iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın səviyyəsindən məmnun olduğunu qeyd edib:

 

Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq. Bu xətt üzrə xüsusi xidmət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsini zəruri hesab edirik”.


OXŞAR XƏBƏRLƏR