Azərbaycan Türkiyə ilə 2 anlaşma memorandumu İMZALADI - FOTO

Azərbaycan Türkiyə ilə 2 anlaşma memorandumu İMZALADI - FOTO

Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Sfera.az bu barədə KOBİA-ya istinadən xəbər verir.

 

Memorandumda KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. Sənədi KOBİA-nın sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıb.

 

Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

 

O. Məmmədovun İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcukla keçirdiyi görüşdə qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilati dəstək məsələləri müzakirə edilib.

 

KOBİA və SESRİC arasında da əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur.

 

İndiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və niyyət protokolu imzalanıb. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Oğlan uşaqlarının...

Hamiləlik zamanı stress hormonlarına məruz qalmaq oğlanların IQ səviyyəsini aşağı saldığı müəyyən edilib.   Sfera.az xəbər verir ki, bu barədə Danim...

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Bu gecə saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti is...

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhb...

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yarandığını bəyan edib. &...

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.   Sfera.az xəbə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Mayın 19-da baş verən helikopter qəzasında həlak olmuş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cəsədinin tapıldığı iddia olunub. Sfera.az...