ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər.

 

Bu barədə Sfera.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib.

 

Səməd Seyidov qonaqlara Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal olunmuş 4 kəndinin geri qaytarılması barədə Ermənistanla əldə olunmuş razılaşmanın əhəmiyyəti, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, dünyada gedən proseslər, Azərbaycanın milli maraqları, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.

 

Görüşdə iştirak edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məlahət İbrahimqızı, Emin Hacıyev qonaqları maraqlandıran suallara cavab veriblər, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.


OXŞAR XƏBƏRLƏR

“Bu forum Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir” - Deputat 

"Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi “Sülh ...

Məşhur aktyor VƏFAT ETDİ - FOTO

“Titanik” (1997) və “Üzüklərin hökmdarı” filmlərindəki rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.   Sfera...

Xeyrimli kəndində erməni istehkamçı minaya DÜŞDÜ

Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya&r...

Tbilisidə baş verənlər: Bakıdakı antimilli şəbəkənin xəyalları yenə puç oldu…

Gürcüstanda baş verənlər, buna paralel olaraq, Azərbaycanda Qərb şəbəkəsinin ifşa edilməsi Cənubi Qafqazda hansı siyasi oyunların oynandığını ortaya çıxarır. ...

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

“Ukrayna müharibənin yeni mərhələsi ilə üz- üzədir. Kiyevin ciddi sursat çatışmazlığı var, amma hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmilə...

Ermənistan XİN başçısı Macarıstana səfər EDƏCƏK

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lər...