"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin ilkin mərhələsində Qazaxın işğal altında olmuş qeyri-anklav kəndlərinin ölkəmizin nəzarətinə qeyd-şərtsiz qaytarılması barədə razılığa gəlinib. Azərbaycan və Ermənistan ortaya çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını bir daha sübut etdilər. Ermənistanın Tavuş vilayətində revanşistlər isə nə qədər həyasızlıq etsələr də, Azərbaycan istəyinə nail oldu”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamran Bayramov deyib.

 

“Heç bir şübhə yoxdur ki, bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımı məhz Qazax rayonunda atıldı. Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və tələbin yerinə yetirilməsinə nail oldu.

 

Əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla mühüm qələbələr silsiləsində yeni bir mərhələ oldu. Biz bir daha şahidi oluruq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduğu planlar isə dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir“, - millət vəkili qeyd edib.


Deputat bildirib ki, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Qərb dairələri delimitasiya prosesinə müxtəlif yollarla təsir göstərməyə, Ermənistanın tərəfini tutmağa çalışsalar da, cənab Prezident İlham Əliyev onların müdaxiləsinin qarşısını qətiyyətlə almağı bacarıb:

 

“Hətta onlar tərəfindən razılaşmanın alqışlanmasına və dəstəklənməsinə nail oldu. Artıq aydın görünür ki, Qərb adlanan dırnaqarası “sülhməramlılar” və “vasitəçilər” Azərbaycan-Ermənistan dialoquna və danışıqlarına nə qədər az müdaxilə etsələr, Cənubi Qafqaza sülh və sabitlik bir o qədər tez gələcək.

 

Eyni zamanda, bu hadisə daha bir məsələyə yağlı nöqtə qoydu. Azərbaycanın, guya, Ermənistana hücuma və müharibəyə hazırlaşması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat darmadağın edildi. Artıq hamıya bəlli oldu ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və qarayaxma kampaniyasının tərkib hissəsi idi.


Son bir neçə gündə baş verən və hər iki ölkə üçün müsbət xarakter daşıyan hadisələr cənab Prezidentin çoxdan söylədiyi fikirləri sadəcə təsdiq etdi - Cənubi Qafqaz regionunda davamlı sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi Ermənistanın Azərbaycanla vasitəçisiz, havadarsız birbaşa dialoqun və təmasların davam etdirilməsindən keçir! Zaman da göstərdi ki, bu, alternativi olmayan yoldur”.


Friuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...