Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

 

Sfera.az  xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.

 

“Dağlıq Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyət üçün Ermənistan hökuməti Qoris və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Dağlıq Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.

 

Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Müəmmalı bir mesaj buraxdı: Yaponiyanın ən gözəl qadını ölü tapılıb

"Yaponiyanın ən gözəl qadını" adlandırılan aktrisa Miho Nakayama “İnstaqram”da son ürpədici paylaşımını paylaşdıqdan sonra hamamda ölü tap...

ABŞ TikTok-un Amerika şirkətinin nəzarəti altına keçməsini dəstəkləyib

ABŞ məhkəməsi son qərara əsasən, TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib. Sfera.az xəbər verir ki, bu barədə R...

Putinin geniş mətbuat konfransı bu tarixdə keçiriləcək

Dekabrın 19-da birləşmiş formatda Rusiya Prezidenti Vladimir Putinin birbaşa və geniş mətbuat konfransı keçiriləcək.   Sfera.az xəbər verir ki, ...

Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıql...

Makron Tramp və Zelenskini qəbul edəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək. ...

Rumıniya Prezidenti İohannis: Seçkilər buna görə ləğv olub...

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Georgeskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçk...