"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov
Siyasət
17:20 / 19.04.2024
3784
“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyətinə etibar etmək olmaz.
"Biz danışıqlara hazır olduğumuzu söylədik, lakin danışıqlar müddəti üçün döyüşlərdə heç bir fasilə elan etməyəcəyik. Proses davam etməlidir”,- nazir bildirib.
Firuzə Əliyeva