Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.

 

O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararası Valyuta Birjası" QSC-də başlayıb, sonradan bir sıra kommersiya banklarında çalışıb, 1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

 

Ailəlidir, 2 övladı var.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.   Sfera.az xəbər ve...

Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. &n...

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Dünyanın ən böyük elektron ticarət platforması olan ABŞ-nin “Amazon” şirkətinin birinci rübdə gəliri 15,9 milyard dollar artıb.  Sfera.az ...

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddini 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddini&...

Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdən biridir

  Hər bir vətəndaş ictimai və dövlət maraqlarının qorunması məsələlərində mütləq şəkildə toplumun, dövlətin gələcəyini düşünməlidir. Xüsusilə hazırda bö...

Pentaqon ÇIXILMAZ VƏZİYYƏTDƏ: Kiyevə yardımla bağlı problemlər var 

Pentaqonun Ukraynaya yardımla bağlı ciddi problemi var.   Sfera.az bildirir ki, bu barədə ABŞ Konqresi tərəfindən dərc edilmiş hesabatda qeyd olunub...