Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini MÜZAKİRƏ ETDİ

Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini MÜZAKİRƏ ETDİ

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə mina problemini müzakirə edib.

 

Sfera.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edən Müvəkkil Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulduğunu, işğal nəticəsində yaranmış mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatların yaxından iştirakının zəruriliyini, bununla bağlı xüsusi Ad hoc hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.

 

Görüş zamanı cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP29 zamanı milli insan hüquqları institutlarının fəal iştirakının vacibliyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu...

Nazir Əhməd Vahidliyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidliyə başsağlığı verib.   Sfera.az xəbər veri...

Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Müğənni Cennifer Lopez və Ben Afflek boşanma xəbərləri arasında birlikdə görüntüləniblər. Məşhurlar bazar günü Kaliforniyanın Brentvud şəhərində keçirilən ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elek...

Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO

64 yaşlı milyonçu “Rolex” saatını oğurlamış oğrunu San-Paulu (Braziliya) küçələrində qovalayıb.  Qaçdı-tutdu zamanı kişi 300.000 funt-sterlinq ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığın Sivrice vilayətində 4 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdar...