İran-İsrail qarşıdurması bu ölkənin mövqeyini GÜCLƏNDİRİR

İran-İsrail qarşıdurması bu ölkənin mövqeyini GÜCLƏNDİRİR

İsraillə İran arasında yaranan qarşıdurmada İordaniyanın regiondakı strateji mövqeyi güclənir. İordaniya həm İsraildən, həm də İrandan gələn raketləri, pilotsuz uçuş aparatlarını (PUA) vuracağını bəyan edib. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, aprelin 13-də İrandan İsrailə atılan raketlərin və PUA-ların bəziləri İordaniya hava məkanında zərərsizləşdirilib. 
İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi bildirib ki, ölkəsi İran və İsraildən buraxılan raket və döyüş təyyarələrini vurmaqda tərəddüd etməyəcək.


“İranın İsrailə qarşı əməliyyatı İordaniyanın ABŞ, Avropa və İsrail üçün hərbi, təhlükəsizlik və strateji əhəmiyyətini artırıb”. Bu fikirləri İordaniyanın Haşimi Universitetinin siyasi elmlər üzrə professoru Camal əş-Şələbi deyib. Şələbi İranın hücumundan sonra ABŞ və müttəfiqlərinin İordaniyaya hərbi və iqtisadi yardımlarını artırma ehtimalının gücləndiyini vurğulayıb. 


Professor İordaniyanın gələcəkdə Tel-Əviv və Tehran arasında vacib rol oynaya biləcəyini də deyib və sözlərini belə davam etdirib:

 

"İordaniya İsrail və İran arasında vasitəçi rolunu oynaya bilər. Düzdür, İordaniyanın İranla əlaqələri güclü və dərin deyil. Digər tərəfdən İordaniya-İsrail münasibətləri də ən pis dövrünü yaşayır. Buna baxmayaraq, əgər ABŞ istəsə, İordaniya İran və İsraillə əlaqələr qurmaqda vasitəçi ola bilər”. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...