Reklam Agentliyinin yeni sədri kollektivə TƏQDİM OLUNDU
Siyasət
15:07 / 17.04.2024
4046
Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.
Bu barədə Sfera.az-a agentlikdən məlumat verilib.
Yeni sədri kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 16-da imzaladığı sərəncamla F.Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.