Rus sülhməramlıları Qarabağı TƏRK EDİR: “Moskva başa düşür ki...” 

Rus sülhməramlıları Qarabağı TƏRK EDİR: “Moskva başa düşür ki...” 

Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı xatırladıb ki, 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizminin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi:

 

“Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər. İlk növbədə, Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür. Həmçinin, Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər. Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxdı. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar”.

 

Ekspert bildirib ki, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var idi:

 

“Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə münaqişə bitməyəcəkdi. Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəflərin – ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi. Eyni zamanda, Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi. Rusiya qoşunlarını bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırkı nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.   Sfera.az xəbər verir ki, terror hadisəsindən 15 i...

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

Amerikanın məşhur prezidenti Dallasda qətlə yetirilən Con Kennedinin nəvəsi Cek Şlossberq idman zalından çəkdirdiyi fotonu yayımlayaraq gözlənilmədən özünü xatı...

Qadın olduğu üçün Nobel mükafatı verilmədi: Dünyanı dəyişən fizik

Elm tarixinə səyahət etdikdə, kişilərin hökmranlığını açıq-aşkar görürük. Elmin gedişatını dəyişdirənlər arasında qadın tapmaq çətindir. Bu, təbii ki, təkc...

180 uşağa ata olmaq üçün şəxsi həyatını necə qurban verib?

İngiltərədə sperma donoru 180 uşaq atası etdiyi fədakarlıqlar barədə açıqlamalar verib.   Sfera.az bildirir ki, jurnalistlərdən soyadını açıqlamamağı...

“Threads” Türkiyədə bağlandı

“Threads” tətbiqi Türkiyədə bağlanıb.   Sfera.az xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.   Belə ki, ...

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...