Azərbaycan və Qırğızıstan ondan çox sənəd imzalayacaqlar - Səfir

Azərbaycan və Qırğızıstan ondan çox sənəd imzalayacaqlar - Səfir

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı 10-dan çox sənədin imzalanması planlaşdırılır.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Qırğızıstan mətbuatına ölkənin Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib.

 

“Hazırda iki ölkə arasında 20-yə yaxın müxtəlif normativ sənəd üzərində iş gedir. Dövlət səfəri zamanı 10-dan çox sənədin imzalanması planlaşdırılır”, - deyə o bildirib.

 

Səfir xatırladıb ki, Bakı ilə Bişkek arasında uzun illik fasilədən sonra hökumətlərarası komissiyanın mexanizmi işə başlayıb.

 

“Hökumətlərarası komissiyanın dördüncü iclası 2022-ci ildə Bakıda keçirilib. 2023-cü ildə beşinci iclas Qırğızıstanın Çolpon-Ata şəhərində keçirildi. Altıncı iclasın Bakıda keçirilməsi planlaşdırılır”, - diplomat əlavə edib. (Trend)

 


OXŞAR XƏBƏRLƏR