Elçin Əmirbəyov Sloveniyaya işgüzar SƏFƏR ETDİ

Elçin Əmirbəyov Sloveniyaya işgüzar SƏFƏR ETDİ

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.

 

Sfera.az xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikasının prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Respublikasının Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.

 

Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə edilən dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfər çərçivəsində sözügedən tədbir ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sloveniya Respublikasını Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...