Azərbaycan və Tacikistan XİN başçıları GÖRÜŞDÜ - YENİLƏNDİ - FOTO

Azərbaycan və Tacikistan XİN başçıları GÖRÜŞDÜ - YENİLƏNDİ - FOTO

Aprelin 12-də xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

 

XİN-dən Sfera.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan və Tacikistan arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı dost əlaqələrin əsasını təşkil etdiyini vurğulayıblar.

 

Ölkəmizin Mərkəzi Asiyanın qardaş və dost ölkələri ilə əlaqələrə böyük önəm verdiyi diqqətə çatdırılıb. Bir sıra çoxtərəfli tədbirlərlə yanaşı, Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun dəvəti ilə 14 sentyabr 2023-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə iştirakının əhəmiyyəti vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın ortaq tarixi, dini və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya ölkələri ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmaq niyyətində olduğunu bildirərək, iki ölkə arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə edilən intensivliyin davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Görüş zamanı nazir Ceyhun Bayramov beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın, eləcə də iki ölkə arasında ikitərəfli siyasi məsləhətləşmələrin davam etdirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Tacikistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd ediblər.

 

Bununla yanaşı ticarət, sənaye, kənd təsərrüfatı, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

 

Görüş zamanı tərəflər qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi yollarının araşdırılması, hər iki ölkənin geniş turizm potensialını nəzərə alaraq, birgə turizm marşrutu, Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini qeyd ediblər.

 

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

16:32

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

 

Qeyd edək ki, Ceyhun Bayramov aprelin 11-də Belarusa işgüzar səfər edib. Azərbaycan XİN başçısı bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...