Moskva bazarında azərbaycanlılar və mühafizəçilər arasında kütləvi dava

Moskva bazarında azərbaycanlılar və mühafizəçilər arasında kütləvi dava

Moskvanın Çeremuşki bazarında azərbaycanlı ticarətçilər və mühafizəçilər arasında soyuq və pnevmatik silahdan istifadə edilməklə kütləvi dava baş verib.

 

APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər xəsarət alıb.

 

"Axşam saatlarında bazar sahibinin göstərişi ilə özəl mühafizə şirkətinin əməkdaşları əksəriyyəti Azərbaycandan olan onlarla ticarətçini obyektin ərazisindən uzaqlaşdırmağa cəhd edərkən aktiv müqavimətlə üzləşiblər”, - deyə polisdən bildirilib.  

 

Mənbə kütləvi dava zamanı ticarətçilərin soyuq silahdan istifadə etdiyini bildirib: "Özəl mühafizə şirkətinin əməkdaşları, buna cavab olaraq, travmatik silahdan istifadə ediblər. Nəticədə iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər”.

 

Hadisə yerində polis əməkdaşları araşdırma aparır.  

 

İnsidentin iştirakçıları saxlanılıb. 



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...