Alman ordusu müharibəyə HAZIRLAŞIR? - 2031-ci ilədək... - Müdafiə nazirindən AÇIQLAMA

Alman ordusu müharibəyə HAZIRLAŞIR? - 2031-ci ilədək... - Müdafiə nazirindən AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin başlamasından dərhal sonra müdafiə səriştəsini gücləndirmək üçün hərbi xərclərini rekord həddə çatdırmağa qərar verən Almaniya hökuməti indi də ordunu müharibəyə hazır vəziyyətə gətirmək üçün addımlar atır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən yeni bir mərhələ kimi təsvir edilən struktur islahatları Alman ordusunu çevik əməliyyat bacarıqları ilə gücləndirmək məqsədi daşıyır. Buna uyğun olaraq, Bundesverin (Almaniya Silahlı Qüvvələri) daxili və xarici əməliyyatları artıq Birgə Komandanlıq və Əməliyyat Mərkəzi Komandanlığı tərəfindən tək mənbədən koordinasiya ediləcək. Alman ordusu da yeni bir döyüş növü olan kiber müharibəyə hazır olacaq. Quru, hava və dəniz qüvvələrinə dördüncü qüvvə əlavə olunacaq: Kiber və İnformasiya Qüvvələri. Bu qüvvə strukturu hibrid təhdidləri təhlil edəcək və elektron müharibə və kiber əməliyyatlar, kəşfiyyat və elektron infrastrukturun mühafizəsi kimi məsələlərə cavabdeh olacaq. Dəstək Komandanlığı da yaradılacaq. Bu komandanlıq nüvə, bioloji və ya kimyəvi hücum zamanı bütün dörd qüvvə komandanlığına tibbi ləvazimat və maddi-texniki dəstək verəcək.

 

Müdafiə naziri Pistorius bu islahatları 6 ay ərzində həyata keçirməyi hədəflədiklərini açıqlayıb.

 

Rusiyanın Avropa üçün yaratdığı təhlükənin gücləndiyinə və bu səbəbdən ordunu fövqəladə hallarda ölkəni müdafiə etməyə hazır vəziyyətə gətirməli olduqlarına diqqət çəkən Pistorius, "Biz ölkəmizi və müttəfiq tərəfdaşlarımızı müdafiə edirik. Biz bir daha aydın şəkildə bildiririk ki, heç kimin NATO ərazisinə hücum fikri olmamalıdır", - deyib.

 

Bu arada alman ordusu da əsgər çatışmazlığından əziyyət çəkir. Pistoriusun islahatları açıqlayarkən Almaniyada 2011-ci ildə dayandırılmış məcburi hərbi xidmətin yenidən tətbiqi ilə bağlı təkliflərini də təqdim edəcəyi gözlənilirdi. Lakin Pistorius mümkün modellərlə bağlı araşdırmaların və qiymətləndirmələrin davam etdiyini söyləməklə kifayətlənib.

 

Son rəsmi məlumatlara görə, orduda əsgər sayı 181 min 811 nəfərə enib. Müdafiə naziri Pistoriusun sözlərinə görə, ordudakı əsgərlərin sayı 2031-ci ilə qədər ən azı 203 min nəfərə çatmalıdır.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...