Qəzzada HƏMAS liderinin üç oğlu HƏLAK OLDU
Siyasət
20:28 / 10.04.2024
7536
Qəzza zolağında hakimiyyətdə olan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
"Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi İsrailin Qəzzanı atəşə tutması nəticəsində həlak olub", - məlumatda deyilib.
Bundan əlavə, hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Fələstinin HƏMAS qrupu İsraillə təklif olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq 40 girovu azad etməkdən imtina edib .
Əzizə