Azərbaycanda yeni universitet yaradıla bilər - Milli Məclisdə TƏKLİF

Azərbaycanda yeni universitet yaradıla bilər - Milli Məclisdə TƏKLİF

“Azərbaycanda texniki universitet yaradılmalıdır”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

“Bu gün Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərindən danışırıq. Bəs bizə necə universitet lazımdır? Öncə bu suala cavab verilməlidir. Biz Türkiyə-Azərbaycan universitetini necə görürük? Bu universitetin Bakıda yaradılması nəzərdə tutulur. Bu, harada yerləşəcək? Bakıdan Qazaxa qədər 500 km məsafə var. Orada universitetlər inşa edə və hətta onlara kampus da tikə bilərik. Bu iki universitetdə uğur qazansaq, bizim xeyrimizə olacaq.

 

Məncə, daha çox texniki ixtisasları əhatə edən universitetlər yaradılmalıdır.  Regionlara ali təhsil müəssisələsini genişləndirməyə ehtiyac var. Hazırda universitet prioritet məsələlərdəndir”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR