\"Rusiya ilə Fransa anlaşmaya gedə bilər, çünki Azərbaycan-Ermənistan sülhü...\" - MÜHÜM AÇIQLAMA

\

“Fransanın Azərbaycana qarşı mövqeyi tamamilə qərəzli, məntiqsiz və beynəlxalq hüquqa ziddir”. 

 

Bu sözləri Sfera.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

 

O bildirib ki, hazırda Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olan ölkələrdən biri Rusiyadır:

 

“Azərbaycan-Türkiyə müttəfiqliyi və Bakının atdığı beynəlxalq hüquqa uyğun addımlar, ərazi bütövlüyümüzün tam bərpası Kremlin bölgəmizə təsirlərini xeyli azaltdı, bir də ayıldılar ki, NATO dövləti olan qardaş Türkiyə Cənubi Qafqazda artıq oyun qurucudur, ciddi güc mərkəzidir. Rusiya bilir ki, sülh müqaviləsi imzalanan kimi bölgədəki təsirləri azalacaq. Rusiyadan boşalacaq yeri ABŞ və Britaniya tuta bilər, bu Moskvaya da sərf etmir, ona görə də, Fransa ilə müəyyən anlaşmalara gedə bilər”.

 

REAL-ın icraçı katibi vurğulayıb ki, bu gün kim Cənubi Qafqazda dayanıqlı sülhə mane olan addımlar atırsa, deməli Kremlin əlinə oynayır: 

 

“Siyasətdə hər şey heç də göründüyü kimi deyil, daha alt qatlar, dərin maraqlar və anlaşmalar olur. Fransa bu gün faktiki Rusiya ilə birgə davranır, sözdə “dava” etsələr də, bir-birinin maraqlarına “oynayırlar”. Bizim XİN məsələni məhz belə təqdim etməyi bacarmalıdır, bu təqdimat Fransanın əlini xeyli zəiflədəcək”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Gənclər Fondu Parlamentdə hesabat verəcək

Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.   Sfera.az bildirir ki, “Report”un əl...

NATO-nun Ukrayna siyasəti: 191,2 milyard dollar dəstək

Son üç ildə NATO ölkələri Ukraynanı 191,2 milyard dollar məbləğində maliyyələşdirib.   Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” məlu...

Hakan Fidan İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.   Sfera.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yay...

BMT-nin baş katibi: Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir. &nb...

Konyada çökən binada axtarış-xilasetmə tədbirləri bitib - Daha 1 meyit tapılıb

Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, d...

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat y...