"İran İsrail məsələsində Azərbaycanı hədəf kimi göstərməyə çalışır" - Politoloq

"İran Azərbaycanı hədəf kimi göstərməyə çalışır".

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O bildirib ki, İran parlamentinin deputatı İsrailin Suriyada İran konsulluğunu raketlə vurmasına cavab olaraq İsrailin Azərbaycandakı səfirliyinin vurulmasını təklif edib:

 

"Uzun illər İsrailin Azərbaycandakı səfirliyi İranın terror təhdidi ilə üzləşib. İran deputatı müstəqil şəkildə bunu təklif edə bilməz, bu, Tehran rejiminin mesajıdır. Bununla da İran Azərbaycanı hədəfə gətirir". 

 

Politoloq qeyd edib ki, Tehran rejimi Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsini davam etdirir:

 

“İranla İsrail Yaxın Şərqdə vəkalət müharibəsi aparır. Suriya hər iki ölkə arasında toqquşma plasdarmıdır. Azərbaycan İrana qarşı koalisiyada yer almayıb və belə bir planı da olmayıb. Azərbaycan Tehrana mesaj verməlidir ki, Yaxın Şərqdə İsraillə apardığı vəkalət müharibəsində yanlış ünvan seçir”. 

 

M.Əsədullazadənin sözlərinə görə, İran bu hərəkəti ilə Azərbaycana düşmən olduğunu göstərir:

 

“Azərbaycan nə İsraili, nə də İranı bu münaqişədə dəstəkləyir. Tehran rejimi Azərbaycanda xarici ölkələrin diplomatik korpuslarını öz geosiyasi ambisiyalarına görə hədəf seçə bilməz. İran ən yaxşı halda İsraillə öz haqq- hesabını döyüşdüyü regionda verməlidir. Bu, İranın Azərbaycana düşmən münasibətini göstərir. Niyə Ermənistan deyil, Azərbaycan hədəfə alınmalıdır?! İran İsrail amilindən burada Azərbaycana qarşı istifadə edir. Azərbaycan heç bir ölkənin plasdarmı olmayacaq”.


 
Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...