Prezident Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu QƏBUL ETDİ - YENİLƏNDİ - FOTO

Prezident Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu QƏBUL ETDİ - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.

 

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

 

Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub və bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlanıb. Bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.

 

Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib. Artıq 20 ildir ki, fəaliyyət göstərən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulanıb.

 

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.

 

***

 

11:25

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...