Mişel Obama prezidentliyə namizəd olacaq? - Sabiq birinci xanımın ofisindən AÇIQLAMA

Mişel Obama prezidentliyə namizəd olacaq? - Sabiq birinci xanımın ofisindən AÇIQLAMA

ABŞ-nin keçmiş lideri Barak Obamanın həyat yoldaşı Mişel Obama 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində deyil.

 

Sfera.az xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

 

ABŞ-nin keçmiş birinci xanımının ofisi xatırladıb ki, Mişel Obama son illərdə bir neçə dəfə prezidentliyə namizəd olmayacağını deyib:

 

“Xanım Obama Prezident Co Baydenin və vitse-prezident Kamala Harrisin seçki kampaniyasını dəstəkləyir ”.

 

Məlumatlı mənbələrə görə, Obama dörd il əvvəl olduğu kimi payızda Baydenin kampaniyasına kömək etməyi planlaşdırır.Barak Obamanın özü də əvvəllər bəyan etmişdi ki, o, ABŞ-nin hazırkı rəhbərinin seçki kampaniyasını tam dəstəkləyir. ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək. Donald Tramp və Nikki Heyli Respublikaçılar Partiyasından namizəd olmaq üçün mübarizə aparırlar. Bayden Demokratlar Partiyasından yenidən seçilmək niyyətində olduğunu bildirib. 

 

"The New York Times" və "Siena College" tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların 48%-i seçkidə Trampa, 43%-i isə Baydenə səs verməyə hazırdır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...