Hakan Fidan ABŞ-yə gedir: Səfərin DETALLARI BƏLLİ OLDU 

Hakan Fidan ABŞ-yə gedir: Səfərin DETALLARI BƏLLİ OLDU 

Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqu təxminən bir illik fasilədən sonra yenidən nazirlər səviyyəsində toplanır.

 

Sfera.az bildirir ki, Türkiyə Xarici işlər naziri Hakan Fidan cümə axşamı keçiriləcək toplantıda iştirak etmək üçün ABŞ-yə gedir.

 

İclasın gündəliyində terrorla mübarizədən tutmuş iqtisadi əməkdaşlığa qədər bir çox məsələlər var. “Hürriyet”in əldə etdiyi məlumata görə, İŞİD-ə qarşı birgə mübarizə ABŞ tərəfinin prioritet mövzularındandır. Son 6 ayda hər iki ölkənin qatıldığı görüşlərin konstruktiv keçdiyini bildirən ABŞ mənbələri diplomatik təkmilləşmənin əldə olunduğu qənaətindədir. Türkiyə üçün ən önəmli mövzu isə ABŞ-nin PKK-nın Suriya qolu olan YPG-yə verdiyi dəstəkdir.

 

Mövzu ilə bağlı sualı cavablandıran ABŞ rəsmiləri bunları deyib:

 

“Biz hesab edirik ki, Suriyada İŞİD-ə qarşı mübarizə davam etdirilməlidir. 6 ay ərzində çox məhsuldar görüşlərimiz oldu. Həm Suriyada, həm də Əfqanıstanda İŞİD-ə qarşı mübarizə ilə bağlı görüşlərdə ABŞ da təmsil olunub. Hesab edirik ki, bu baxımdan diplomatik təkmilləşmə əldə olunub. Suriya məsələsi mühüm mövzu olaraq qalmaqda davam edəcək. Bu məsələdə mübarizəmiz güclüdür və daha da güclənəcək. Siyasətdə dəyişiklik yoxdur. Amma bu, çətin məsələdir, biz konstruktiv olmağa çalışırıq, hər iki ölkənin mövqeyini başa düşürük. Türkiyənin üzləşdiyi riskləri başa düşürük və bunu aradan qaldırmaq üçün çalışırıq”.

 

Məlumata görə, görüşdə qarşılıqlı investisiyalar, xüsusilə də bərpa olunan enerji mənbələri və müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq mühüm mövzular arasında yer alacaq. ABŞ mənbələri Strateji Mexanizm Toplantısında yalnız iki ölkə arasında investisiyaların deyil, üçüncü ölkələrə, o cümlədən Afrika ölkələrinə ortaq investisiya imkanlarının da müzakirə ediləcəyini bildirib.

 

“ABŞ-nin Rusiyaya qarşı sanksiyaları məsələsi də son zamanlar iki ölkə arasında problemli iqtisadi məsələlər sırasındadır. Bu da gündəmdə olacaq”, - rəsmilər qeyd edib.

 

Bundan əvvəl, Türkiyə Xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunda ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti ilə bu ölkəyə gedəcəyini açıqlamışdı.

 

“Məqsəd iki ölkə arasında təkcə təhlükəsizlik məsələlərinin deyil, həm də enerji, siyasi, iqtisadiyyat və regional məsələlərin müzakirə olunduğu platforma yaratmaq idi. Bir çox məsələlər üzrə ABŞ ilə münasibətlərimizi nəzərdən keçirəcəyik, - o, söyləmişdi.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin birgə bəyanatı ilə 2021-ci ildə qurulan Strateji Mexanizm 2023-cü ilin yanvarında xarici işlər nazirləri səviyyəsində son iclasını keçirib. O vaxtdan nazir müavinləri səviyyəsində görüşlər davam etdirilib. Bir müddət əvvəl Türkiyə ilə ABŞ arasında müsbət yönümlü bir gündəmlə münasibətlərin yaxşılaşdırılmasına dair əldə olunan razılaşmanın ardınca Strateji Mexanizm bu dəfə Xarici İşlər Nazirləri səviyyəsində toplanacaq.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...