Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı MÜZAKİRƏ OLUNDU

Azərbaycanla Konqo arasında ikitərəfli münasibətlərin inkişafı MÜZAKİRƏ OLUNDU

Azərbaycanla Konqo arasında siyasi, enerji, iqtisadi, humanitar sahələrdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.

 

"Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - o bildirib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...