Azərbaycanda yeni hava limanı İNŞA EDİLƏCƏK - FOTO

Azərbaycanda yeni hava limanı İNŞA EDİLƏCƏK - FOTO

Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın icraçı direktoru Maykl Harmsın rəhbərliyi altında aparıcı alman şirkətlərindən ibarət nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

 

Sfera.az xəbər verir ki, səfər zamanı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ƏAİZ-in fəaliyyəti, strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə mühəndis kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır ərazi-daxili və ərazi-xarici torpaq sahələri və investorlar üçün təklif olunan maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

 

Daha sonra, “Silk Way AFEZCO” şirkətinin icraçı direktoru Cavad Dbila nümayəndə heyətini ƏAİZ-in ərazisində tikiləcək karqo hava limanı haqqında məlumatlandıraraq bildirib ki, sözügedən hava limanı ƏAİZ-in investorları və digər müştərilər üçün hava ilə beynəlxalq yükdaşıma nəqliyyatı xidmətləri göstərəcək. Ardınca, “Silk Way Group” şirkətinin prezidenti Zaur Axundov karqo hava limanının strateji əhəmiyyəti və ƏAİZ-in investorları və digər müştərilər üçün faydalarından bəhs edib.

 

Görüş sual-cavab sessiyası ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...