Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş İMZALANDI - FOTO

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş İMZALANDI - FOTO

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

 

Sfera.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında keçirilən görüşdə baş tutub.

 

Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.

 

Görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur. Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.

 

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.

 

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.


OXŞAR XƏBƏRLƏR

Mbappe "Mançestr Siti"yə keçəcək? - Baş məşqçidən AÇIQLAMA

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın hücumçusu Kilian Mbappeni komandalarına gətirməyin niyə mümkün olmadığından danışı...

Fransada 300 miqrant “işğal etdiyi” teatr müəssisəni iflasa sürükləyir

Artıq bir aydan çoxdur ki, Fransanın Paris şəhərindəki Lirik Sevinc Teatrı başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz tərəfindən “işğal ...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.   Sfera.az xəbər veri...

Türkiyədə partiya sədri SAXLANILDI

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat ya...

Donald Tramp andiçmə mərasimində 2 cinsi tanıdığını bildirib

Bu gündən etibarən ABŞ-nin rəsmi siyasəti yalnız iki cinsi - kişi və qadını tanımaqdır.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tr...

"Bu tip mesajlara inanmayın, ehtiyatlı olun"

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişanın adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəb...