Azərbaycan səfiri Matuş Buşovski ilə GÖRÜŞDÜ

Azərbaycan səfiri Matuş Buşovski ilə GÖRÜŞDÜ

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Slovakiyanın bu ölkədəki səfiri Matuş Buşovski ilə görüşdə Ermənistanla şərti sərhəddə qarşı tərəfin törətdiyi insidentlərlə bağlı məlumatlandırıb.

 

Sfera.az xəbər verir ki, F.Quliyev həmkarına keçmiş münaqişənin tarixçəsi və fəsadları barədə danışaraq, 2020-ci il Zəfəri və 2023-cü il lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətini, Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə dolğun məlumat təqdim edib. Bu kontekstdə, Ermənistanın ziddiyyətli davranışı və son dövrdə yenidən əl atdığı təxribatların qəbulolunmazlığı və regionda barış prosesinə xələl gətirdiyi izah edilib. Həmçinin, Azərbaycan ərazilərinin minalanması faktlarına və şərti sərhəd boyu qarşı tərəfin törətdiyi insidentlərlə bağlı dolğun bilgilər çatdırıb.

 

F.Quliyev Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. İki ölkə arasındakı strateji tərəfdaşlığın hər iki xalqın mənafelərinə, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət etməsini bildirib.

 

M.Buşovski Azərbaycan xalqının iradəsini əks etdirən növbədənkənar Prezident seçkilərinin uğurla keçirildiyini vurğulayıb. Bundan sonra da Azərbaycanın bölgə əməkdaşlığı kontekstində dinamik rol oynayacağına əminliyini ifadə edib. O, Slovakiyanın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi niyyətində olduğunu qeyd edib. Başladığı məsul missiya çərçivəsində Azərbaycan səfirliyi ilə təmaslarda olacağına dair da ümid ifadə edib. Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...