Lavrov Türkiyəyə getdi - Hakan Fidanla görüşəcək

Lavrov Türkiyəyə getdi - Hakan Fidanla görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gedib.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, Rusiyanın baş diplomatının təyyarəsi gecə Antalya hava limanına enib.

 

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl Lavrovun forum çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ikitərəfli danışıqlar aparacağını açıqlamışdı.

 

Rusiya və Türkiyənin yüksək səviyyəli diplomatlarının geniş spektrli məsələləri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə - ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir. Nazirlər müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini də müzakirə edəcəklər.

 

Lavrov Antalyada keçiriləcək forum çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Esvatini kralı III Msvati ilə də bir sıra görüşlər keçirəcək.

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...