“Paşinyan Zelenskinin taleyini yaşaya bilər” - ŞƏRH

“Paşinyan Zelenskinin taleyini yaşaya bilər” - ŞƏRH

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib. O, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

 

“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov söyləyib.

 

Siyasətçi, həmçinin, Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib:

 

“Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Ermənistanda iqtidar əleyhinə narazılıq artır və bunun səbəblərindən biri Paşinyanın siyasi lider qabiliyyətinə malik olmamasıdır:

 

“Siyasi lideri böyük xalq kütlələrini öz ideologiyası arxasınca apara bilən siyasətçidir. Ermənistan hökumət başçısı isə bu bacarıqdan məhrumdur. O, ölkədə bir sıra inqilabi dəyişikliklərə, o cümlədən gerb, himn, konstitusiya dəyişikliyinə hazırlaşsa da, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsə, əməlləri ilə sözləri üst-üstə düşmür. Bu isə xalqda Paşinyana qarşı narazılıq və ikrah yaradır. İkincisi, Ermənistan iqtidarının xarici siyasət kursu stabil deyil. Rəsmi İrəvan birmənalı olaraq nə Rusiyapərəst, nə qədər Qərbpərəst siyasət yeridə bilir. Ümumiyyətlə, Ermənistanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri, bəzi ekspertlərə görə, balanslılıqdır. Çünki rəsmi İrəvan Qərblə Rusiya arasında “oynayır”. Balanslı xarici siyasət bütün tərəflərlə müstəqil əlaqələri nəzərdə tutur. İrəvan isə əksinə, həm Qərb dairələrinin, həm də Moskvanın təzyiqləri ilə hərəkət edir”.

 

Ekspert bildirib ki, Ermənistan yeni tərəfdaşlar axtarır, xarici siyasət kursunu dəyişmək istəyir:

 

“Çünki mövcud tərəfdaşlar və xarici siyasət kursu İrəvanı qane etmir. Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir: hər iki tərəf qıcıqlanır və İrəvana təzyiqləri artırır. Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə Rusiya rəsmilərinin zaman-zaman Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özündən asılı vəziyyətə salmaqda israrlıdır. Belə bir şəraitdə zaman Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir, daha doğrusu, ilkin addımdır. Regional əməkdaşlığın konyunkturası da məlumdur: rəsmi Bakı və Ankaranın təşəbbüskarı olduğu 3+3 formatı. Əgər Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və regional əməkdaşlıqda fəal iştirak edərsə, bu, İrəvanın təhlükəsizliyi üçün yeni çətir ola bilər. Beləliklə, Paşinyan həm də “ipləri ilə quyuya düşdüyü” Qərbin və Rusiyanın təzyiqlərindən xilas olar”.

 

Müsahibimizin sözlərinə görə, Ermənistanın Rusiya və Qərbin “kurasiyasından” çıxmağı ağrılı proses ola, vaxt ala bilər:

 

“Amma baş nazirin özünün də dediyi kimi, başqa çıxış yolu yoxdur. İşin bu həddə çatmasının səbəbi məhz indiyə qədər Ermənistanın müstəqil xarici siyasət yeridə bilməməsidir. Əgər rəsmi İrəvan hazırkı siyasətini davam etdirərsə, bu, daha ağır nəticələrə səbəb ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...