Nazir Qazaxıstan səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ
![Nazir Qazaxıstan səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ](https://sfera.az/photo/orginal/2024/02/22/1708606437_ab9d9fd1-1f0c-3edd-bbf0-90dca6920923_850.jpg)
Siyasət
16:52 / 22.02.2024
5216
Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.