Moskvada saxlanılan Kamillə bağlı məsələnin PƏRDƏARXASI: “İrəvanın çirkli planları var” 

Moskvada saxlanılan Kamillə bağlı məsələnin PƏRDƏARXASI: “İrəvanın çirkli planları var” 

İdmançı Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra, Ermənistanın müəyyən bu kimi saxtakarlıqlara yol verə biləcəyi bildirilir.

 

Qeyd olunur ki, İrəvanın məqsədlərindən biri də Azərbaycanın müharibə cinayətlərində ittiham etdiyi və hazırda istintaq altında olan şəxləri geri almaqdır.

 

Maraqlıdır, Ermənistan bu istiqamətdə nələrə əl ata bilər? Hansı tədbirlər görülməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etdiyini xatırladıb:

 

“Görünür, İrəvanın çox çirkli planları var. Bu, əlbəttə, sülh prosesinə mane olur və Ermənistanın sülhdə maraqlı olmadığını göstərir. Təbii ki, Rusiya burada Azərbaycana təzyiq etməyə çalışırdı, amma fiaskoya uğradı. Çünki Azərbaycanın əlində bununla bağlı kifayət qədər təzyiq rıçaqları var. İlk növbədə Ermənistan Azərbaycana qarşı müharibə cinayətləri törədib. Biz hələ də Qarabağ müharibələrinin hərbi cinayətkarlarını geniş şəkildə cəzalandıra bilməmişik. Ona görə də İrəvan bu məsələdə qərarlı olacaqsa, Azərbaycan da çox ciddi addımlar atmalıdır”.

 

Müsahibimiz bildirib ki, Azərbaycanın imkanları ermənilərlə müqayisədə daha çoxdur:

 

“Ermənistan İnterpola, Rusiya, Fransa və digər bir sıra ölkələrə bu kimi sorğular verə bilər. Bu baxımdan Azərbaycan adekvat addım atmasa, Ermənistanın iştahası böyüyəcək. Kamil Zeynallı məsələsi İrəvana böyük zərbə vurdu. Hesab edirəm ki, bu məsələlər davamlı olmalıdır. Ermənistan tərəfi çox ciddi şəkildə dırnaqarası hüquqi məsələlərdən istifadə etməyə çalışır. Əlbəttə, bu, absurddur və hər hansı müsbət nəticəsi olmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...

Hakan Fidan: Azərbaycan ən çətin günlərimizdə yanımızda olub

Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azə...

Azərbaycan XİN başçısı türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırıb.   Sfera.az xəbər verir ki, nazir C.Ba...

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...

Zaur Əliyev yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərki...

İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı verildi

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...