“Ermənilərin təxribatları cavabsız qalmır” - ŞƏRH

“Ermənilərin təxribatları cavabsız qalmır” - ŞƏRH

Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun yaralanması hadisəsinə cavab tədbirlərinin görülməsi təbii haldır. Azərbaycan Ordusunun qarşı tərəfin təxribat məntəqələrini zərərsizləşdirməsi zəruri idi.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Ermənistan hakimiyyəti anlamalıdır ki, təxribat xarakterli addımları mütləq cavablandırılacaq. Uzun illər davam edən cəzasızlıq mühiti, dinc insanların həyatına qəsd etmə halları, 2020-ci ilin 27 sentyabrından sonra dəyişib. Beynəlxalq hüquq və ölkələrin imzaladığı konvensiyalarda da təsbit olunur ki, hər bir ölkə öz suveren ərazisində təhlükəsizliyi təmin etməlidir. O baxımdan Azərbaycan sərhədinə, əsgərinə qəsd olursa, bu, dərhal adekvat cavablandırılmalı idi. Ermənistan da, onu dəstəkləyənlər də birdəfəlik anlamalıdırlar ki, Azərbaycan təxribatları cavabsız qoymur. Digər sual doğuran məqam odur ki, Ermənistanla Azərbaycan arasında müşahidə aparan Avropa Birliyinin missiyası erməni hərbçilərinin təxribatlarına niyə reaksiya verməyib?”

 

Əkrəm Baydəmirli qeyd edib ki, onların hansı missiya ilə regiona gəldiyi bəllidir.

 

“Avropa Birliyinin müşahidə aparan nümayəndələrinin məqsədi gerçəkdən sülhə töhfə verməkdirsə, sərhəddə baş verən erməni təxribatına münasibət bildirməlidirlər. Həmçinin, Ermənistan tərəfi əgər müharibə istəmirsə, hərbçilərinin törətdiyi təxribata aydınlıq gətirməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...