Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa ÇAĞIRDI

Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa ÇAĞIRDI

Rusiya sərhədyanı bölgədə törədilən təxribatla bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, - Kreml sözçüsü qeyd edib.

 

D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.

 

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

 

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

 

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.


OXŞAR XƏBƏRLƏR

İsrail Livandan güclü raket atəşinə tutuldu

İsrailin şimal bölgələri Livandan güclü raket atəşinə məruz qalıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti m...

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tunisin lideri Kays Sayidə təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, təbrik məktubunda deyilir: &nb...

IDEA PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil etdi - FOTO

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHA Qrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib. "Yaşıl dünya naminə hə...

Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinlədi

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.   Sfera.az xəbər verir ki, qəbu...

COP29 çərçivəsində Şamaxıda görüş təşkil ediləcək - Elşad İskəndərov

"COP29 sədrliyi çərçivəsində təxminən 70 ölkənin iştirakı ilə UNFCCC SP-nin 60-cı Sessiyasının keçirilməsi planlaşdırılır. Afrikada keçirilmiş ASFAN f...

Bakı metrosunda qatarlar yubandı

“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal ə...