Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
AZİZ - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.
Sfera.az-ın məlumatına görə təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Şübhəsiz ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqın rifahı üçün əlinizdən gələni etmisiniz.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu. Bu Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin - Sizin namizədliyinizi mütləq səs çoxluğu ilə dəstəklədi.
Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar ölkənin davamlı inkişafında müstəsna rol oynayacaqdır".