Nazir: \"Britaniya COP29-a hazırlıqla bağlı Azərbaycanla sıx ƏMƏKDAŞLIQ EDİR\"
11:35 / 13.02.2024
3660
Böyük Britaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı Azərbaycanla sıx əməkdaşlıq edir.
Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart Azərbaycanın Londondakı səfiri Elin Süleymanovla görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Böyük Britaniya emissiyaları iki dəfə azaldan ilk böyük iqtisadiyyat olaraq COP29-a hazırlıqla bağlı Azərbaycanla sıx əməkdaşlıq edir. Bununla qlobal istiləşməni “1,5°C missiyası” çərçivəsində məhdudlaşdırmaq üçün beynəlxalq əməkdaşlığı təşviq edirik”, - paylaşımda qeyd olunub.