Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu
![Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu](https://sfera.az/photo/orginal/2024/02/13/1707804898_d52e3a71-0a85-3d2f-80c5-347c956236c6_850.jpg)
Siyasət
10:00 / 13.02.2024
1867
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.