23 fevralı “Kişilər günü” kimi qeyd etmək olarmı? - "Bu baş verdikcə, birdəfəlik unudulacaq"

23 fevralı “Kişilər günü” kimi qeyd etmək olarmı? -

Canımıza hopan, bağrımızdan sökülüb atıla bilinməyən, məntiqsiz Sovet ənənələri cəmiyyət arasında da fikirlərin haçalanmasına gətirib çıxarır.

 

Məsələn, 23 fevral tarixi - el arasında “Kişilər bayramı”… Daha doğrusu, xalqa bu cür “sırınan” gün…

 

Əvvəlcə xatırlatmaq yerinə düşər ki, SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü kimi qeyd olunurdu. “Kişilər günü” kimi təqvimdə öz yerini tutan 23 fevralda müttəfiq respublikalarda yaşayan xanımlar öz ataları, qardaşları, həyat yoldaşlarını bayram münasibətilə təbrik edirdilər. Bu tarix 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Ordu ilk dəfə iştirak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən sonra - 1923-cü ildə Sovet İttifaqı qurulduqda, 1918-ci il 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başladılar. 1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başladı.

 

Söhbət 20 yanvar tarixini təqvimimizdə qara rəngə boyayan Sovet ordusundan gedir.

 

Bəs 20 Yanvar, 31 Mart faciələri zamanı fəal iştirak etmiş Qırmızı Ordunun adı ilə bağlı olan hadisənin, kişilər bayramı kimi qeyd edilməsi hansı məntiqə sığır?

 

Təəssüf ki, bu gün ölkəmizdə dırnaqarası günü dirçəldən, tarixin bizim üçün qanlı, həm də tozlu səhifələrini təmizləmək istəyən təşkilatçılar, ictimai-iaşə obyektləri kifayət qədərdir. 23 fevralı “Kişilər günü” adı ilə vətəndaşlara təqdim edən və bu istiqamətdə bir sıra tədbirlər təşkil edən restoranlar, məkanlarla yəqin ki, çoxları qarşılaşıb. Görünür, onlar üçün pul qazanmaq yolunda hər şey mübahdır.

 

23 fevral tarixi “Kişilər günü” kimi qeyd oluna bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov deyib ki, 23 fevralda Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması ilə müstəqilliyimiz əlimizdən alınıb və biz 70 il Sovetlər İttifaqının tərkibində yaşamağa məhkum olmuşuq:

 

“Bu illər ərzində xalqımıza qarşı çox haqsızlıqlar baş verdi. Belə ki, torpaqlarımız hissə-hissə qoparılaraq Ermənistana verildi, biz öz milli sərvətlərimizdən məhrum olunduq. Bu gün isə Azərbaycan dövləti müstəqildir və xalqımız da müstəqil dövlətimizin bayramlarını qeyd edir. Bununla yanaşı, tarixdə pis və yaxşı hadisələrin olmasından asılı olmayaraq bu tarixi yaşamışıq. Bu tarixi yaşayan yaşlı nəslin şüurunda 23 fevral “Kişilər bayramı” kimi qalmaqdadır. Bu, hər bir insanın şüur məsələsidir. Amma yaşlı nəsil yeni nəsillə əvəz olunduqca, 23 fevral da birdəfəlik unudulacaq”.

 

Millət vəkili bildirib ki, “Kişilər günü”nün 10 noyabr tarixində qeyd olunması, daha doğru olardı:

 

“Çünki Azərbaycan dövləti bu tarixdə düşmənin dizini yerə vuraraq qalib ölkəyə çevrildi və bunu bütün dünyaya bəyan etdi”.

 

Digər müsahibimiz sosioloq Lalə Mehralı 23 fevral tarixinin bayram kimi qeyd edilməməsi ilə razılaşdığını deyib:

 

“Eyni zamanda ölkədə minlərlə kişi vaxtilə Sovet Ordusunda xidmət edib. O vaxt həmin ordu 15 respublikanı təmsil edirdi və dolayısı ilə, bizim də ölkəmizin ordusu idi. Çoxumuzun əzizi, babası sağlamlığını həmin orduda itirib, minlərlə həmvətənimiz o ordu ilə birlikdə müharibədə olub, qolunu, ayağını, gözünü itirib. 23 fevralın bayram günü kimi qeyd edilməməsi ilə hardasa razıyam, çünki biz indi müstəqil ölkəyik və öz milli ordu günümüz var. Amma o babaların xidməti də unudulmamalıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi ...