Mülki müdafiə qoşunlarında andiçmə mərasimi KEÇİRİLDİ - FOTO

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi KEÇİRİLDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

FHN-dən  Sfera.az-a verilən xəbərə görə, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

 

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ölkəmizin güclənməsi və çiçəklənməsi, xalqımızın rifahı istiqamətində yürütdüyü müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanın bu tarixi missiyanı davam etdirməsinin nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

 

Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərir.

 

Mərasimdə çıxış edən gənc əsgər Sultan Qəribov əsgər yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.

 

Gənc əsgər valideyni, Vətən müharibəsi şəhidi Muxtar Qasımlının atası Əli Qasımov çıxışında bu günün valideynlər üçün çox qürurlu olduğunu qeyd edərək, övladlarının Vətənə layiqli xidmət göstərməsi üçün hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını bildirib.

 

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

 

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...