Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun İMZALADI
![Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun İMZALADI](https://sfera.az/photo/orginal/2024/02/12/1707732370_5020f991-bfa1-36c4-b98a-3efb1c4ca360_850.jpeg)
Siyasət
14:04 / 12.02.2024
4719
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin tətbiqinin nəzərdə tutulduğu qanunu imzalayıb.
Bu barədə Sfera.az “RBC-Ukraina”ya istinadən xəbər verir.
Həm səfərbərlik, həm də hərbi vəziyyətin qüvvədə olma müddəti fevralın 14-dən 90 gün, yəni mayın 13-dək uzadılıb.
Xatırladaq ki, bu xüsusi rejim müharibə başlayandan, yəni 2022-ci il fevralın 24-dən bəri 10-cu dəfə uzadılıb. (Report)