Ararat Mirzoyan Brüsselə SƏFƏRƏ GETDİ
![Ararat Mirzoyan Brüsselə SƏFƏRƏ GETDİ](https://sfera.az/photo/orginal/2024/02/12/1707732086_4c9bd96f-953c-3fea-89cf-afe78bb36212_850.jpg)
13:57 / 12.02.2024
4282
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.
Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.
Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.