“Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası regionda yeni reallıqlar yaradıb” - Əli Vəliyev

“Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası regionda yeni reallıqlar yaradıb” - Əli Vəliyev

Prezident İlham Əliyev növbəti qətiyyətli qərarı ilə yadda qaldı. Belə demək mümkünsə, dövlət başçımız növbəti mühüm addımı ilə bir çoxlarının cəsarət edə bilməyəcəyi addımı atdı. Belə ki, 2024-cü ilin 7 fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Prezident İlham Əliyev sərəncam imzaladı.

 

Yaxın keçmişdə - 2018- ci ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi, cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı. Bəli, çox həsas və gərgin 2020-ci il dövründə - qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda məhz Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu ilin sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesində son nöqtəni qoydu.

 

Lakin indi daha çox növbədənkənar prezident seçkilərini zəruri edən amillərə nəzər salmaq istəyirəm. Yaxşı bilirik ki, 2024-cü il bütün dünya üçün ən mühüm dəyişikliklərin gözlənildiyi tarix kimi yadda qala bilər. Gələn il ərzində Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz uğrunda amansız savaşın içərisinə daxil olan iki ölkədə (martda Rusiyada, noyabrda isə ABŞ-da) prezident seçkilərinin keçiriləcəyi gözlənilir.

 

Bu isə o deməkdir ki, növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan daha əmin və arxayın şəkildə qarşısına qoyduğu hədəflərə doğru növbəti addımları atsın. Nəzərə almaq lazımdır ki, Qarabağ məsələsi tam həll edildikdən sonra həm ölkədə, həm də regionda yeni çağırışlarla qarşı-qarşıyayıq.

 

Bunu əsas götürərək düşünmək olar ki, prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamının bir neçə səbəbi var:

 

- 2024-cü ildə yuxarıda qeyd olunan geosiyasi vəziyyətlə əlaqəli

 

- Azərbaycan öz ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyini tam bərpa edib

 

Bu da o deməkdir ki, Prezident seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərini, kənd və şəhərlərini tamamilə əhatə edəcək.

 

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təntənəsinə çevriləcək.

 

Belə demək mümkünsə, Azərbaycanda yeni tarixi dönəm başlayır və bu dönəm yeni növnədənkənar prezident seçkiləri ilə start götürəcək. Artıq torpaqları işğalda olmayan ölkədə prezident seçkiləri yeni reallıqlar fonunda növbəti, daha böyük hədəflərə doğru inamla irəliləyən Azərbaycanın şahidi olacağımızdan xəbər verir.

 

Əli Vəliyev


OXŞAR XƏBƏRLƏR

Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA BAŞLADI

Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.   Sfera.az-ın məlumatına görə, yoxlamalara yanvar ayının ə...

Məşhur xanımların həbs olunan qardaşlarının ŞOK ƏMƏLLƏRİ

Qardaşı həbsə düşən bir çox məşhur xanım ifaçılar var – Aygün Kazımova, Aybəniz Haşımova, Nazənin və daha başqaları… Əksəriyyəti isə narkotik istif...

Xavi “Napoli” matçından DANIŞDI: "Biz buna layiq idik"

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə qarşılaşmadan (1:1) danışıb. Sfe...

"Türk Dövlətlər Təşkilatının inkişafında Azərbaycanın böyük rolu var"

Türk dövlətlərlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet təşkil edir.   Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçm...

Bayden bu kredit borclarını LƏĞV ETDİ

ABŞ Prezidenti Co Baydenin administrasiyası daha 1,2 milyard dollarlıq tələbə krediti borcunu ləğv edib.   Sfera.az xəbər verir ki, qərarla ləğv edil...

Silahlı Qüvvələrimiz hərbi potensialını daha da artırır

Azərbaycan-Ermənistan sülh danışıqları fonunda Fransanın tutduğu mövqe hər kəsə bəllidir. Rəsmi Parisin region üzrə həyata keçirdiyi xarici siyasət kursu bölgən...