Azərbaycanla Ermənistan birgə açıqlama yaydı

Azərbaycanla Ermənistan birgə açıqlama yaydı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

 

Sfera.az açıqlamanı təqdim edir:

 

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

 

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

 

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

 

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

 

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

 



OXŞAR XƏBƏRLƏR

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı - FOTO

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.   Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a verilən məlumat...

Röya Ayxanın keçmiş qayınatası yenidən məhkəməyə verildi

Ləğv prosesində olan “Bank Standard” QSC “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin həbsdəki təsisçisi Çingiz Cəlilovu məhkəməyə ve...

Xırdalanda binada partlayış - Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat ...

Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA BAŞLADI

Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.   Sfera.az-ın məlumatına görə, yoxlamalara yanvar ayının ə...

Məşhur xanımların həbs olunan qardaşlarının ŞOK ƏMƏLLƏRİ

Qardaşı həbsə düşən bir çox məşhur xanım ifaçılar var – Aygün Kazımova, Aybəniz Haşımova, Nazənin və daha başqaları… Əksəriyyəti isə narkotik istif...

Xavi “Napoli” matçından DANIŞDI: "Biz buna layiq idik"

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə qarşılaşmadan (1:1) danışıb. Sfe...