Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17,0 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.


OXŞAR XƏBƏRLƏR

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı - FOTO

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.   Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a verilən məlumat...

Röya Ayxanın keçmiş qayınatası yenidən məhkəməyə verildi

Ləğv prosesində olan “Bank Standard” QSC “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin həbsdəki təsisçisi Çingiz Cəlilovu məhkəməyə ve...

Xırdalanda binada partlayış - Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat ...

Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA BAŞLADI

Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.   Sfera.az-ın məlumatına görə, yoxlamalara yanvar ayının ə...

Məşhur xanımların həbs olunan qardaşlarının ŞOK ƏMƏLLƏRİ

Qardaşı həbsə düşən bir çox məşhur xanım ifaçılar var – Aygün Kazımova, Aybəniz Haşımova, Nazənin və daha başqaları… Əksəriyyəti isə narkotik istif...

Xavi “Napoli” matçından DANIŞDI: "Biz buna layiq idik"

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə qarşılaşmadan (1:1) danışıb. Sfe...